01 May 2026, 09:20
FUTBOL
"Bavariya"nın kapitanı Manuel Noyer, çox güman ki, daha bir mövsüm Münhen klubunda qalacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Florian Plettenberq paylaşıb.
Bildirilir ki, 40 yaşlı alman futbolçu bu ilin iyun ayının sonunda başa çatacaq müqaviləsini uzatmaq istəyir. "Bavariya" artıq Noyerə 2027-ci ilin yayına qədər yeni müqavilə təklif edib.
Qapıçının agenti Tomas Krot ötən gün "Bavariya"nın ofisində görülüb. Tərəflər arasında müqavilə şərtləri ilə bağlı hələlik yekun razılaşma əldə edilməyib.
Qeyd edək ki, Noyer 2011-ci ilin yayından bəri "Bavariya"da oynayır. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 38 qol buraxıb və 11 oyunda qapısını toxunulmaz saxlayıb.












