18 Aprel 2026, 09:58
FUTBOL
"Yuventus" yarımmüdafiəçisi Manuel Lokatellinin müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin komanda ilə yeni müqaviləsi 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulub. 28 yaşlı futbolçunun əvvəlki müqaviləsi isə 2028-ci ilə qədər idi.
Lokatelli bu mövsüm Turin klubunda 41 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.












