07 Aprel 2026, 10:31
FUTBOL
"Napoli" "Sportinq"dən icarəyə götürdüyü Alisson Santosun transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Braziliyalı vingerin performansı Neapol təmsilçisinin məşqçilər korpusunu razı salıb. Klub 23 yaşlı futbolçu üçün 15 milyon avroluq satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Napoli" Alisson Santosu bu ilin fevralında icarəyə götürüb. "Sambaçı" komandanın heyətində keçirdiyi 8 oyunda 2 qol vurub.












