13 Fevral 2026, 21:40
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Konrad Laymer maaşının təxminən ikiqat artırılması ilə bağlı danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" nəşri paylaşıb.
Bildirilir ki, yarımmüdafiəçinin "Bavariya" ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqları çətinləşib. Avstriya millisinin üzvü ildə 15 milyon avro qazanc istəyir. Hazırda o, 8 milyon avro maaş alır.
Tərəflərin yaxın gələcəkdə danışıqlarda irəliləyiş əldə edə bilməyəcəyi vurğulanır. Onun Mühneh klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Laymer bu mövsüm Bundesliqada 17 oyun keçirib və 4 məhsuldar ötürmə edib.






_1771007885.jpg)





