23 Yanvar 2026, 12:59
FUTBOL
"Atletiko"nun hücumçusu Xulian Alvares İngiltərəyə qayıtmaq barədə düşünür.
Matc.az xəbər verir ki, argentinalı futbolçu Madrid klubundakı rolundan narazıdır. Bu barədə "Teamtalk" məlumat yayıb.
"Çelsi" və "Arsenal"ın xidmətində maraqlıdır. London klubları 25 yaşllı forvardın nümayəndələri ilə ilkin danışıqlar aparıblar.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm La Liqa nəhənginin heyətində keçirdiyi 28 oyunda 11 qol vurub, 5 qol ötürməsi edib.












