08 Dekabr 2025, 17:50
FUTBOL
"Real"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Miliato sıradan çıxıb.
Braziliyalı futbolçu La Liqanın 16-cı turunun "Selta" ilə matçında (0:2) zədələnib. Sol ayaq əzələsindən zədə alan 27 yaşlı mərkəz müdafiəçisi təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Eder Militao bu mövsüm "Real"ın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












