Xorvatiya yığmasının sabiq baş məşqçisi Slaven Biliç yenidən İngiltərədə çalışacaq. Matc.az saytı xəbər verir ki, 50 yaşlı mütəxəssis "Vest Bromviç"lə anlaşıb.
"Vest Hem"in keçmiş çalışdırıcısı çempionşip təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. ötən mövsümü 4-cü pillədə tamamlayan "Vest Bromviç" pley-offda məğlub olaraq, Premyer Liqaya vəsiqə şansını itirib.
Qeyd edək ki, Slaven Biliçin sonuncu iş yeri ötən mövsüm Səudiyyə Ərəbistanı klubu "Əl-İttihad" olub.