"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç MLS tarixinin ən yüksək ödənişli futbolçusuna çevrilib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli forvard buna yeni müqavilə ilə nail olub.

Belə ki, mövsümün əvvəlində yeni 1 illik sazişə qol çəkən 37 yaşlı superulduzun illik məvacibi 7,2 milyon dollara yüksəldilib. Bununla o, "Toronto"nun hücumçusu Sebastyan Covinkonun 7,1 milyon dollarlıq maaşını geridə qoyub.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm 12 oyunda 11 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest