25 Sentyabr 2025, 17:26
ÇEMPİONLAR LİQASI
Artıq biletlər tükənmək üzrədir. 5, 10 və 30 manatlıq biletlərin hamısı satılıb.
UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Qarabağ" - "Kopenhagen" matçının biletləri bu gün saat 15:00-da satışa çıxıb.
Matc.az xəbər verir ki, artıq biletlər tükənmək üzrədir. 5, 10 və 30 manatlıq biletlərin hamısı satılıb.
İticket.az-da satışda yalnız VIP sektorlar üçün (150, 200, 250 manat), VVIP sektorlar üçün (500 manat) olan biletlər qalıb.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşma oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.