UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunları keçirilib.
Matc.az xəbər verir ki, 3 gün ərzində baş tutan qarşılaşmalarda "Qarabağ"ın turnirdəki rəqibləri də meydana çıxıb.
Azərbaycan çempionunun II turda rəqibi olan "Kopenhagen" doğma meydanda Leverkuzen "Bayer"ini qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. "Qarabağ" - "Kopenhagen" matçı oktyabrın 1-də Bakıda baş tutacaq.
Azərbaycan çempionunun digər rəqiblərinin oyunlarında qeydə alınan nəticələr belədir:
"Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə) 0:2
"Ayaks" (Niderland) - "İnter" (İtaliya) 0:2
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) 3:1
"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) 3:2
"Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) 2:2
"Ayntraxt" (Almaniya) - "Qalatasaray" (Türkiyə)
"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) 2:0
Qeyd edək ki, "Qarabağ" ilk turda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin növbəti rəqibləri isə "Atletik", "Ayaks", "Çelsi", "Liverpul", "Kopenhagen", "Ayntraxt" və "Napoli"dir.