18 Sentyabr 2025, 17:11
ÇEMPİONLAR LİQASI
Türkiyə millisinin sabiq üzvü, hazırda futbol eksperti kimi çalışan Nihat Kahveci "Qarabağ"ın Çempionlar Liqasında "Benfika"nı məğlub etməsinə biganə qalmayıb.
Matc.az xəbər verir ki, veteran hücumçu qatıldığı proqramda "Fənərbaxça"nın sabiq baş məşqçisi Joze Mourinyonu tənqid edib, Azərbaycan klubu haqda isə xoş sözlər səsləndirib:
"Joze Mourinyo deyirdi ki, "Benfika" möhtəşəm komandadır, bizim onlara məğlub olmağımız normaldır. "Qarabağ" klubuna, prezidentindən idarəçilərinə, bütün azarkeşlərinə buradan salamlarımı və təbriklərimi çatdırıram. 0:2 uduzduqları oyunda 3:2 hesabı ilə qalib gəldilər. Oyunlarına baxdıq. Vurduqları qollara, yaratdıqları epizodlara adam həsəd aparır. İndi Mourinyo özü "Benfika"ya gedəcək".