UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün Liqa mərhələsində I tura yekun vurulur.
Matc.az xəbər verir ki, turun son oyun günündə 6 qarşılaşma baş tutacaq.
"Qalatasaray" səfərdə "Ayntraxt"ın, "Kayrat" isə "Sportinq"in qonağı olacaq.
Qeyd edək ki, II turun oyunları 30 sentyabr – 1 oktyabr tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
18 sentyabr
20:45. "Brügge" (Belçika) – "Monako" (Fransa)
20:45. "Kopenhagen" (Danimarka) – "Bayer" (Leverkuzen, Almaniya)
23:00. "Mançester Siti" (İngiltərə) – "Napoli" (İtaliya)
23:00. "Nyukasl" (İngiltərə) – "Barselona" (İspaniya)
23:00. "Sportinq" (Portuqaliya) – "Kayrat" (Qazaxıstan)
23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Qalatasaray" (Türkiyə)