15 Sentyabr 2025, 14:32
FUTBOL
"Mançester Siti"nin futbolçusu Fil Foden karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Əl-Nəsr" 25 yaşlı vingeri transfer etmək istəyir. Ərəblər İngiltərə millisinin üzvü üçün 112,5 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Fil Foden bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 6 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.