Niderland milisi və "Everton"un sabiq müdafiəçisi Con Heytinqa Amsterdamın "Ayaks" klubunun baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.

Heytinqanın klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Heytinqa "Ayaks", "Atletiko" (Madrid), "Everton", "Fulhem" və "Herta" kimi klublarda çıxış edib. Daha sonra məşqçilik karyerasına "Ayaks"ın müxtəlif gənclər komandalarında çalışaraq başlayıb və 2023-cü ilin yanvar-iyun ayları arasında Amsterdam klubunun baş məşqçisi vəzifəsində çalışıb. Heytinqa həm də "Vest Hem" və "Liverpul"da baş məşqçinin köməkçisi vəzifəsində işləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest