20 May 2025, 11:54
FUTBOL
"Başakşehir"in hücumçusu Kristof Pyontek karyerasını Qətərdə davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Polşalı futbolçu "Əl-Duhail"lə razılıq əldə edib. 29 yaşlı forvard tibbi mayinədən keçmək üçün Qətərə gedəcək. Türkiyə klubunun bu transferdən 10 milyon avro gəlir əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, Kristof Pyontek bu mövsüm "Başakşehir"in heyətində keçirdiyi 47 oyunda 31 qol vurub, 5 qol ötürməsi edib.