11 Mart 2025, 15:20
FUTBOL
Ukrayna yığmasının sabiq qapıçısı Denis Boyko karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, 37 yaşlı qolkiper butslarını mismardan asmaq qərarına gəlib.
“Hər gün istisnasız olaraq komanda və nəticələr əldə etmək naminə futbol meydançasında bütün varlığımı vermişəm. Bu gün peşəkar karyeramı vicdanımla başa vurmaq imkanım var və bunu sizə açıqlamağı özümə borc bilirəm”, - deyə Boyko qeyd edib.
Qeyd edək ki, Boyko karyerası ərzində “Beşiktaş”ın da formasını geyinib.