Çexiyanın Gənclər Liqasında əsas mərhələnin VII turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” növbəti görüşünə çıxıb.

Praqa təmsilçisi doğma meydanda “Yablonets”lə üz-üzə gəlib. "Slaviya" bu oyundan böyükhesablı qələbə ilə ayrılıb - 5:1. Meydana çıxdığı 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu qarşılaşmanın iştirakçısı olmayıb.

“Slaviya”nın U-21 komandası hazırda 16 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest