20 Sentyabr 2024, 13:21
FUTBOL
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, belçikalı futbolçu Premyer Liqa çərçivəsində “Arsenal”la oyunu buraxmalı olacaq.
Buna səbəb ulduz futbolçunun Çempionlar Liqasının I turunda “İnter”lə görüşdə zədələnməsidi. Düzdü, 33 yaşlı pleymeykerin zədəsi ciddi deyil. Lakin baş məşqçi Pep Qvardiola onu qarşıdakı görüşdə riskə atmamaq qərarına gəlib.
Qeyd edək ki, Premyer Liqanın V turunun “Mançester Siti” – “Arsenal” oyunu sentyabrın 22-də keçiriləcək.