06 Avqust 2024, 17:12
FUTBOL
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubu ilə müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa II təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı hücumçu klubla 1+1 illik müqavilə bağlayıb. Onun Zaqreb “Dinamo”su ilə sözləşməsinə qarşılıqlı razılıqla xitam verildiyindən, Emreli Almaniya klubuna azad agent kimi keçib.
Emreli klubun mətbuat xidmətinə açıqlamasında danışıq apardığı müddətdə klub və şəhər barədə məlumat topladığını bildirib: “Tezliklə meydançaya qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Tez sağalmağım üçün klubda ən yaxşı şərait var. Burada vaxtımı səbirsizliklə gözləyirəm”.