Argentina millisinin baş məşqçisi Lionel Skaloni 37 yaşlı millinin hücumçusu Lionel Messinin 2024-cü ildə Amerika kubokunun yarımfinalında Kanada ilə sabah keçiriləcək oyun öncəsi fiziki durumu ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, Skaloni bu barədə “Sport”a açıqlamasında deyib.

“Messi yaxşıdır. O, Ekvadorla oyunu heç bir narahatlıq keçirmədən başa vurdu. O, sabah meydana çıxacaq”.

Messi və Di Maria birlikdə meydana çıxacaqlar sualına isə “Bəli, bu mümkündür” cavabını verib.

Xatırladaq ki, Argentina - Kanada matçı iyulun 10-u, Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest