Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu günün ilk yoxlama matçında Almaniya təmsilçisi “Kayzerslautern” ilə qarşılaşıb.

Matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. "Köhlən atlılar"ın heyətində 70-ci dəqiqədə Elvin Cəfərquliyev qol vurub. 44-cü dəqiqədə isə "Qarabağ"ın digər futbolçusu Aleksey İsayev 11 metrlik cərimə zərbəsindən fərqlənə bilməyib.

Ağdamlılar günün ikinci yoxlama oyununu Çexiya “Viktoriya”sına qarşı keçiriblər. “Qarabağ” görüşün birinci hissəsində rəqib qapısından iki qol keçirib. İkinci hissədə çexiyalılar qollardan birinin əvəzini çıxa biliblər və qarşılaşmaya bu hesabla yekun vurulub.  

Yoxlama görüşləri
9 iyul

“Qarabağ” - “Kayzerslautern (Almaniya) - 1:3
Qollar: Elvin Cəfərquliyev, 70 - Yannis Heuer, 23; Marlon Ritter, 39; Boris Tomyak, 47
“Velly Arena”

“Qarabağ” – “Viktoriya” (Plzen, Çexiya) - 2:1
Qollar: 
Leandro Andrade, 22, 44 // Kristof Kabonqo, 49  
“Vestendorf” stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest