24 İyun 2024, 12:01
FUTBOL
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb.
Bildirilib ki, mərasim 16 iyul tarixində saat 15:00-da AFFA-nın inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının növbəti mövsümü avqustun 2-də start götürəcək.