PSV-nin keçmiş baş məşqçisi Rud van Nistelroy sabiq komandası “Mançester Yunayted”in məşqçilər korpusuna qoşula bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, hollandiyalı mütəxəssis “qırmızı şeytanlar”a rəhbərlik edən Erik ten Haqdan təklif alıb. O da bildirilir ki, van Nistelroy “Bernli”nin baş məşqçisi postuna əsas namizədlərdən biridir. O, qərarını gələn həftə açıqlayacağı güman edilir.

Xatırladaq ki, Ruud van Nistelroy 2016-cı ildən PSV-də məşqçi kimi çalışıb. Mütəxəssis 2022-ci ilin yayından 2023-cü ilin mayına kimi, ölkə çempionatının bitməsinə bir tur qalmış tərk etdiyi klubun əsas komandasının baş məşqçisi vəzifəsini icra edib. Van Nistelroyun rəhbərliyi altında PSV Superkubok və Hollandiya Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest