Argentinalı mütəxəssis Maurisio Poçettino İngiltərə yığmasının baş məşqçisi postunda Qaret Sautqeyti əvəz edə bilər.

Argentinalı mütəxəssis Maurisio Poçettino İngiltərə yığmasının baş məşqçisi postunda Qaret Sautqeyti əvəz edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” paylaşıb.

Bildirilir ki, Poçettino müqaviləsinin vaxtından əvvəl ləğv edildiyi üçün “Çelsi”nin 10 milyon funt sterlinq (11 milyon avro) ödəməyinə razılıq verib və indi İngiltərədəki digər vakansiyaları nəzərdən keçirməyə hazırdır.

Vurğulanır ki, 52 yaşlı mütəxəssis İngiltərə Futbol Assosiasiyası tərəfindən Sautqeytin istefaya göndəriləcəyi təqdirdə “üç aslan”ın yeni baş məşqçisi postuna əsas namizədlərdən biri kimi baxılır, çünki o, gənc oyunçuları necə inkişaf etdirmək lazım olduğunu göstərib.

Xatırladaq ki, Poçettino 2023-cü ilin yayından 2024-cü ilin mayın 21-dək “Çelsi”yə rəhbərlik edib. Daha əvvəl Sautqeyt bildirmişdi ki, milli komanda AVRO-2024-də zəif çıxış edərsə, böyük ehtimalla İngiltərə millisinin baş məşqçisi postunu tərk edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest