22 İyun 2024, 15:28
FUTBOL
Daha əvvəl burnunu sındıran Fransa millisinin hücumçusu Kilian Mbappe qoruyucu maskasına öyrəşmək üçün çox güman ki, “Paderborn”un gənclərdən ibarət komandası ilə yoldaşlıq görüşündə iştirak edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “L'Équipe” paylaşıb.
Bildirilir ki, böyük turnirlər zamanı belə yoldaşlıq görüşləri Fransa millisi üçün normaya çevrilib. Bu oyunlarda adətən Fransa millisinin ehtiyat oyunçularının iştirak etdiyi vurğulanır.
Xatırladaq ki, Mbappe 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Avstriya ilə görüşündə fransızların 1:0 hesablı qələbəsi ilə başa çatan matçda burnunu sındırmışdı. Bundan sonra hücumçu üçün matçlarda iştirak edə biləcəyi xüsusi qoruyucu maska hazırlanıb.