Yevtiçlə 3 illik müqavilə imzalanıb. O, komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.
I Liqaya düşən “Qəbələ” klubunun məşqçilər korpusunda dəyişiklik edilib. Matc.az xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yevtiçlə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də Sxadadze ilə birlikdə çalışmış mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.