21 İyun 2024, 16:31
FUTBOL
“Kəpəz”in yay hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi iyunun 22-dən bir araya gələcək və yeni mövsümün hazırlığına start verəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məşqlər Gəncədə keçiriləcək.
Komandanın hazırlıq planı ilə bağlı qarşıdakı günlərdə daha geniş məlumat veriləcək.