21 İyun 2024, 15:12
FUTBOL
"Fənərbaxça" klubu heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "X" hesabında məlumat yayılıb.
“Fənər” rəhbərliyi "Fatih Karagümrük"dən Levent Mercanla anlaşıb. Tərəflər arasında 3 illik sözləşməyə qol çəkilib.
Bundan əlavə, “Fənərbaxça” yarımmüdafiəçisi Mert Hakan Yandaşın müqaviləsinin müddətini uzadıb. Onunla əməkdaşlıq daha 2 il müddətinə davam edəcək.