21 İyun 2024, 13:51
FUTBOL
Uels millisində ayrılıq baş verib. Matc.az xəbər verir ki, baş məşqçi Rob Peyc istefaya göndərilib.
Uels Futbol Federasiyası rəsmi saytı vasitəsilə bu ayrılığı elan edib. 49 yaşlı mütəxəssis 2020-ci ildən bəri yığmaya rəhbərlik edib.
Peycin rəhbərliyi altında Uels yığması 45 oyun keçirib, 15 qələbə, 15 heç-heçə, 15 məğlubiyyətlə yadda qalıb.