Radamel Falkao uşaq vaxtı oynadığı kluba qayıdır. Matc.az xəbər verir ki, “Rayo Valyekano”dan ayrılan 38 yaşlı hücumçu ölkəsi Kolumbiyanın “Milonarios” klubuna keçir.

O, köhnə-yeni komandasında 9 nömrəli formanı geyinəcək. İlkin razılığa əsasən, forvardla müqavilə 6 aylıqdı. Bu, vergitutma nüansları ilə bağlıdı. Falkao son üç mövsümü La Liqada “Rayo Valyekano”nun heyətində keçirib.

Qeyd edək ki, 2007-ci ildən Kolumbiya millisinə çağırılan Radamel Falkao yığmanın heyətində 100-dən çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest