21 İyun 2024, 10:46
FUTBOL
Argentina millisinin kapitanı Lionel Messi Amerika Kubokunun tarixinə düşüb. Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu Kanada ilə açılış oyununda meydana çıxmaqla bunu reallaşdırıb.
O, adıçəkilən turnirdə ən çox oyun keçirən futbolçu ünvanını ələ keçirib. Bu, Messinin Amerika Kubokunda 35-ci qarşılaşması olub.
Leo, eyni zamanda 7 fərqli Amerika Kubokunda iştirak edən ilk argentinalı olub.
Qeyd edək ki, Argentina millisi Kanada üzərində 2:0 hesablı qələbə qazanıb.