Premyer Liqaya qayıdan “Lester” yeni baş məşqçisini müəyyənləşdirib. Matc.az xəbər verir ki, adıçəkilən komanda Stiv Kuperə həvalə edilib.

44 yaşlı mütəxəssis yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Kuperin son iş yeri ötən ilin dekabrında ayrıldığı “Nottingem Forest” olub. O, daha əvvəl “Suonsi” və İngiltərənin U-17 millisini də çalışdırıb.

Qeyd edək ki, “Lester” ötən mövsüm Enzo Mareskanın rəhbərliyi altında Çempionşipin qalibi kimi Premyer Liqaya yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest