Xaqani Məmmədov “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.

AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədovla bağlı qərar qəbul edilib.

Azərbaycan Misli Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş 48 yaşlı Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.

Sınaq müddəti 24 ay təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest