20 İyun 2024, 11:39
FUTBOL
Siyahıya 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.
FİFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, hesabında 1139.38 xal olan Azərbaycan millisi 29-cü pillədə qərarlaşıb.
Siyahıya isə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.
AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərimizdən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.