“Qalatasaray” klubu hücum xəttini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, “cim-bom” əzəli rəqibi "Fənərbaxça"nın futbolçusuna “elçi düşüb”.

Söhbət Mişi Batşuayidən gedir. Belçikalı forvard yay “transfer pəncərəsi”ndə "Qalatasaray"a keçə bilər. "Sarı-qırmızılılar"ın Mişi ilə razılıq əldə etdiyi bildirilir. Bu səbəbdən Baştuayinin "Fənərbaxça"nın yeni müqavilə təklifini qəbul etmədiyi qeyd olunub.

Qeyd edək ki, 2021/2022 mövsümündə icarə əsasında "Beşiktaş"da oynamış Batşuayi 2022-ci ildən "Fənərbaxça"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest