“Fənərbaxça”nın futbolçusu Mişi Batşuayi karyerasını “Qalarasaray”da davam etdirə bilər.

Matc.az xəbər verir ki, “sar-qırmızlılar” belçikalı forvard ilə razılığa gəlib.

30 yaşlı hücumçu ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edilib. O, “Qalatasaray”da illik 3 milyon avro maaş alacaq.

Qeyd edək ki, Mişi Batşuayi 2022-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi. Təcrübəli oyunçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest