19 İyun 2024, 20:35
FUTBOL
“Qranada”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Gilyermo Abaskala tapşırılıb. 35 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gilyermo Abaskal 2022-ci ilin yayından 14 aprel 2024-cü ilə qədər Rusiya “Spartak”ının baş məşqçisi vəzifəsində çalışıb. “Qranada”nın son baş məşqçisi isə Xose Ramon Sandoval olub. Komanda La Liqanın son mövsümündə 20-ci yeri tutub və aşağı liqaya düşüb.