“Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luiz və onun həyat yoldaşı olan xanım futbolçu Alişa Lemanın “Yuventus”a transferi təhlükə altındadı. Matc.az xəbər verir ki, keçidlə bağlı danışıqlar hələ ki, müsbət nəticələnməyib.

Turin klubu yarımmüdafiəçilər Ueston Makkenni və Samuel İlinqi 20 milyon avro əlavə ödənişlə qarşı tərəfə verməyi planlaşdırır. Lakin Premyer Liqa təmsilçisi Makkenni ilə şəxsi müqavilənin şərtlərində ortaq məxrəcə gələ bilmirlər. Bu üzdən sövdələşmə baş tutmaya bilər.

Qeyd edək ki, Braziliya millisinin də şərəfini qoruyan Duqlas Luis 2019-cu ildən “Aston Villa”nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest