19 İyun 2024, 16:50
FUTBOL
“Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmix gələcək taleyindən danışıb. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu hazırda bütün diqqətini AVRO-2024-ə yönəltdiyini bildirib.
Kimmix Münhen klubundan da çox şey asılı olduğunu əlavə edib: “Vəziyyət tamamilə aydındı. “Bavariya” ilə 2025-ci ilə qədər müqaviləm var. Ona görə də indi gələcəyim məndən asılı deyil. İndi bütün fikrimi yalnız Avropa çempionatına yönəltmişəm. Ondan sonra söhbət olacaq”.
Qeyd edək ki, Yozua Kimmix 2015-ci ildən “Bavariya”nın formasını geyinir.