Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Zirə”nin potensial rəqibləri bəlli olub.

Rəşad Sadıqovun yetirmələri ilk raundda Moldova “Şerif”ini üstələməyi bacarsa, II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Şerif” – “Zirə” cütünün qalibi birinci görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest