"Bavariya" "Ştutqart"ın futbolçusu Kris Führixi transfer etmək fikrindən daşınıb. Matc.az xəbər verir ki, buna maliyyə məsələsi səbəb olub.

Münhen təmsilçisi Almaniyanın millisinin də üzvü olan 26 yaşlı yarımmüdafiəçi üçün bir aya yaxındır ki, "Ştutqart"la danışıq aparırdı.

Son olaraq "Bavariya"nın 20 milyonluq təklifi qəbul edilməyib. Qarşı tərəf bu keçidin baş tutması üçün 30 milyon avro tələb edib. Nəticədə “Bavariya” rəhbərliyi bu transferdən vaz keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest