"Milan"ın futbolçusu Rafael Leao komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, Portuqaliya yığmasının üzvü karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə yaxındı.

25 yaşlı yarmmüdafiəçinin adı "Əl-Hilal" klubu ilə birgə çəkilir. Əslində, “Milan” rəhbərliyi Leaonu satmaq istəmir. Amma ərəblər Rafaeldən əl çəkmirlər. Onlar Leao üçün 175 milyon avro təzminat məbləği ödəməyə razılaşsalar, transfer baş tutacaq.

Qeyd edək ki, Leaonun “Milan”la 2028-ci ilin sonunadək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest