19 İyun 2024, 12:54
FUTBOL
Heyətini gücləndirmək istəyən "Fənərbaxça"nın ilk transfer hədəfi bəlli olub. Matc.az xəbər verir ki, Türkiyə klubu transfer hüququ "Çelsi"yə məxsus olan Romelu Lukakunu heyətinə qatmaqda maraqlıdı.
İstanbul təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində belçikalı forvardı komandasında görmək istədiyini bildirib. Rəhbərliyin bu keçidi reallaşdırmaq üçün bütün gücünü səfərbər edəcəyi bildirilib.
Qeyd edək ki, Romelu Lukaku 2023/2024 mövsümünü icarə əsasında "Roma"nın heyətində keçirib.