19 İyun 2024, 12:21
FUTBOL
“Şamaxı” fransalı Brahim Konateni rənglərinə bağlayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Matc.az xəbər verir ki, bölgə təmsilçisi heyətinə daha bir yeni futbolçu qatıb.
“Şamaxı” fransalı Brahim Konateni rənglərinə bağlayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son iş yeri isə İsrailin “Hapoel Afula” klubu olub.