Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi müəyyənləşıb.

Püşk zamanı səpələnmişlər siyahısında yer alan Ağdam təmsilçisi I raundun “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları 30-31-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest