2023/24 mövsümünü “Qarabağ”da keçirmiş qolkiper yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb.

“Qarabağ”dan ayrılan Andrey Lunyovun yeni klubu rəsmən açıqlanıb. Matc.az xəbər verir ki, rusiyalı qolkiperin, gözlənildiyi kimi, “Dinamo”ya keçidi rəsmiləşib.

Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

2023/24 mövsümünü “Qarabağ”da keçirmiş qolkiper yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb. Rusiya mətbuatı onun “Dinamo”da ilə 900 min avro qazanacağını yazıb.

Qeyd edək ki, Andrey Lunyov "Qarabağ"la Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest