19 İyun 2024, 10:17
FUTBOL
Moldova klubunun çalışdırıcısı Avropa Liqasında zəif komanda olmadığını bildirib. O, “Zirə”nin mütəşəkkil komanda olduğunu əlavə edib.
"Zirə” püşkatmada bizə düşə biləcək ən ciddi rəqiblərdən biri idi”. Matc.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”yə rəqibi olan "Şerif"in baş məşqçisi Yuri Qura deyib.
Bakı təmsilçisi ilə qarşılaşacaq Moldova klubunun çalışdırıcısı Avropa Liqasında zəif komanda olmadığını bildirib. O, “Zirə”nin mütəşəkkil komanda olduğunu əlavə edib: “Zirə” az qol vurur, az qol buraxır. Rəqib haqqında daha ətraflı məlumat toplayacağıq”.
Qeyd edək ki, “Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.