Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər Almaniyada 2024-cü ildə keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Gürcüstanla oyunun ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Türkiyə və Gürcüstan yığmaları arasında keçirilən görüş türklərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Arda Gülər vurulan qollardan birinə imza atıb. O, bu görüşdə Türkiyə millisinin ikinci qolunu vurub və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun nailiyyətini geridə qoyaraq, tarixdə Avropada debüt matçında qol vuran ən gənc futbolçu olub (19 yaş 114 gün).
Xatırladaq ki, AVRO-2024-də Türkiyə millisi F qrupunda Gürcüstanla yanaşı Portuqaliya və Çexiya yığmaları ilə də mübarizə aparacaq.