18 İyun 2024, 22:37
FUTBOL
Türkiyə millisinin və “Rea”ın hücumameyilli yarımmüdafiəçisi Arda Gülər AVRO-2024-ün qrup mərhələsinin 1-ci turunun Gürcüstanla oyunundan (3:1) əvvəl madridlilərin baş məşqçisi Karlo Ançelottinin ona dəstək olduğunu deyib.
Matc.az xəbər verir ki, bu bardədə məlumatı jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində paylaşıb.
“Məşqçim Ançelotti oyundan əvvəl mənə mesaj göndərdi və uğurlar arzuladı. “Real”ın dəstəyi də məni çox motivasiya edir”.
Xatırladaq ki, Gülər bu görüşdə Türkiyə millisinin ikinci qolunu vuraraq Portuqaliya millisinin hücumçusu Kriştianonun nailiyyətini geridə qoyub. O, Avropada debüt oyununda (19 yaş 114 gün) qol vuran ən gənc futbolçu olub.