Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri Avropa çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar.

Matc.az xəbər verir ki, bu barədə “New York Times” qəzetinin jurnalisti Tariq Panca sosial şəbəkədə paylaşım edib.

Türk azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında, küncdə Gürcüstan millisinin azarkeşləri var. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest